Məxfilik bildirimi

PM İntranet Məxfilik Siyasəti

PM İntranet Pizza Mizza daxili ofis və mobil iş platformasıdır. Bu səhifə işçilərin, namizədlərin və səlahiyyətli daxili istifadəçilərin məlumatlarının PM İntranet daxilində necə toplandığını, istifadə edildiyini və qorunduğunu izah edir.

Son yenilənmə: 16 July 2026[email protected]
Platforma yalnız daxili iş prosesləri üçündür.
Məlumatlar reklam, satış və ya cross-app tracking üçün istifadə edilmir.
Giriş və görünürlük rol və icazələrlə məhdudlaşdırılır.
Mobil bildirişlər, SMS aktivasiya və attendance funksiyaları üçün seçilmiş xidmət təminatçıları istifadə oluna bilər.

1. Kim idarə edir

PM İntranet / Pizza Mizza internal office platform işçi məlumatlarının idarə olunması, daxili tapşırıqlar, davamiyyət, kommunikasiyalar və hesabatlar üçün istifadə olunur. Platformaya giriş yalnız səlahiyyətli hesablarla mümkündür.

2. Topladığımız məlumatlar

  • İşçi profili: ad, soyad, telefon, email, personal kod, şöbə, vəzifə, lokasiya, iş statusu və profil fotosu.
  • HR və maliyyə məlumatları: FIN, pasport seriyası/nömrəsi, doğum tarixi, ünvan, müqavilə tarixləri, maaş və əmək haqqı kartı ilə bağlı məlumatlar.
  • Hesab və təhlükəsizlik məlumatları: login telefonu, rol və icazələr, aktivasiya dəvətləri, audit qeydləri və sessiya məlumatları.
  • Mobil cihaz məlumatları: device id, device label, platforma, son istifadə vaxtı və push notification token.
  • Davamiyyət məlumatları: iş qrafiki, check-in/check-out, geofence nəticəsi, cari lokasiya koordinatları və məsafə hesablamaları.
  • Kamera və biometrik məlumatlar: attendance selfie, köməkçi attendance şəkilləri və yalnız aktiv edildikdə üz biometrik profili.
  • Daxili iş axını məlumatları: tapşırıqlar, ToDo, onboarding/offboarding, service request, termination request, izahatlar, internship və overtime qeydləri.
  • Kommunikasiya və fayllar: chat mesajları, əlavələr, sənəd generator tarixçəsi və yüklənmiş fayllar.
  • Analitika və AI hesabat məlumatları: seçilmiş əməliyyat məlumatları, prompt/input, hesabat statusu və nəticə metadata-sı.
  • İşə qəbul namizədi məlumatları: ad, əlaqə, doğum tarixi, vətəndaşlıq, ünvan, təhsil, dil bilikləri, təcrübə, iş və qrafik seçimləri, foto, CV və ya LinkedIn profili; müsahibə qiymətləndirmələri, iş təklifi, namizədin cavabı, cavab vaxtı, IP ünvanı və brauzer məlumatı.

3. Məlumatlardan necə istifadə edirik

  • HR, əməliyyat, maliyyə və işçi idarəetmə proseslərini aparmaq.
  • Davamiyyəti və iş qrafiklərini yoxlamaq, geofence qaydalarını tətbiq etmək.
  • Daxili tapşırıqları, təsdiqləri, bildirişləri və audit izlənməsini təmin etmək.
  • Səlahiyyətli istifadəçilərə işçi profillərini, sənədləri və hesabatları göstərmək.
  • Təhlükəsizlik, hesab aktivləşdirmə, device binding və fraud/misuse qarşısının alınması.
  • Rəhbərlik və icazəli komandalar üçün əməliyyat və AI dəstəkli hesabatlar yaratmaq.

4. Paylaşma və xidmət təminatçıları

Məlumatlar yalnız səlahiyyətli daxili istifadəçilərlə və PM İntranet xidmətini işlətmək üçün lazım olan texniki təminatçılarla paylaşılır. Bunlara hosting və database infrastrukturu, Expo/Apple/Google push notification xidmətləri, QuickSMS aktivasiya SMS xidməti və AI hesabatları aktiv olduqda OpenAI və ya Atlas kimi AI xidmətləri daxil ola bilər.

5. Reklam və satış yoxdur

PM İntranet reklam SDK-ları üçün məlumat toplamır, personal məlumatları satmır və istifadəçiləri başqa tətbiqlər və ya saytlar arasında reklam məqsədilə izləmir.

6. Saxlanma müddəti

Məlumatlar iş münasibətləri, daxili əməliyyat ehtiyacları, hüquqi öhdəliklər, audit və təhlükəsizlik məqsədləri üçün lazım olduğu müddətdə saxlanılır. Aktiv işə qəbul müraciətləri pipeline davam etdiyi müddətdə saxlanılır; işə qəbul edilmiş, rədd edilmiş və ya arxivlənmiş müraciətlər foto və CV ilə birlikdə bağlanma tarixindən 36 ay sonra silinir. Silinmə və ya məhdudlaşdırma sorğuları qanuni və işgüzar öhdəliklər nəzərə alınmaqla qiymətləndirilir.

7. Təhlükəsizlik

Platforma rol əsaslı icazələr, autentifikasiya, server-side access control, audit qeydləri və HTTPS bağlantısı ilə qorunur. Buna baxmayaraq, heç bir texniki sistem tam risksiz deyil.

8. Hüquqlar və müraciətlər

Siz öz məlumatlarınız barədə giriş, düzəliş, yenilənmə və tətbiq olunan qaydalar daxilində silinmə və ya məhdudlaşdırma sorğusu göndərə bilərsiniz. Sorğular əmək, vergi, mühasibat, təhlükəsizlik və audit öhdəliklərinə uyğun cavablandırılır.

9. Beynəlxalq emal

Bəzi texniki xidmət təminatçıları məlumatları Azərbaycan xaricində emal edə bilər. Belə hallarda məlumatlar yalnız platformanın işləməsi üçün lazım olan məqsədlərlə istifadə olunur.

10. Əlaqə

Məxfilik və personal məlumatlarla bağlı suallar üçün [email protected] ünvanına yazın.